Awesome Image
  • Paylaşıldı: 17 İyun 2026

Azərbaycan Uroandroloqlarının XXIV Simpoziumunda Kraton Clinic

Azərbaycan Uroandroloqlarının XXIV Simpoziumunda Kraton Clinic
Kraton Clinic olaraq Azərbaycan Uroandroloqlarının XXIV Simpoziumunda tərəfdaş qismində iştirak etməkdən qürur duyuruq.
Simpozium çərçivəsində ölkənin və xarici ölkələrin aparıcı mütəxəssisləri bir araya gələrək urologiya və andrologiya sahəsində son elmi yenilikləri, müasir diaqnostik və cərrahi yanaşmaları, eləcə də aktual klinik problemləri müzakirə edirlər.
Tədbir zamanı Kraton Clinic-in stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, klinikamızın təqdim etdiyi innovativ tibbi xidmətlər və müasir laborator imkanlar haqqında ətraflı məlumat verilib.
Xüsusi olaraq qeyd edək ki, laboratoriya rəhbərimiz PhD Dr. Eldar Əliyev simpoziumda "CASA yoxsa manual analiz? Süni zəka ilə spermogramma dəyərləndirilməsi" mövzusunda çıxış edərək müasir reproduktiv diaqnostikanın imkanlarını iştirakçılarla bölüşüb.
Elm, innovasiya və tibbi inkişafın dəstəklənməsi istiqamətində fəaliyyətimizi davam etdirərək, səhiyyənin inkişafına töhfə verməkdən məmnunuq.