Ginekoloji Müayinə (Acqarına)

Ginekologiyada müxtəlif analiz və diaqnostik üsullar kompleksi var, hansılardan ki, əslində hər bir qadın bir neçə dəfə keçməlidir. Ginekoloqun baxışı əsasən o qadınlar üçün vacibdir ki, özündə ginekoloji xəstəlikdən şübhələnir və yaxud da ana olmağı planlaşdırır və ya ona hazırlaşır. Gəlin baxaq görək, ginekoloqun qəbulunda hansı mütləq analiz və müayinələr aparılır və onlar nəyi göstərə bilər.

Xarici ginekoloji baxış
Xarici baxış – sadə, amma çox vacib ginekoloji müayinə olub, həm profilaktik, həm də biləavasitə patologiyaların (xarakter şikalyət və ya simptomlar olduqda) diaqnostikasında aparılır. Bu müayinə zamanı, həkim anogenital nahiyədə olan orqanların hamısına – qasıq, xarici və daxili cinsiyyət orqanları, anal dəliyə xüsusi diqqət yetirir. Bundan sonra uşaqlıq yolunun daxili vəziyyəti (uşaqlıq boynuna baxma) qiymətləndirilir.

Cinsiyyət orqanlarına səthi baxış zamanı, həki, ilk növbədə aşağıdakılara fikir verir:

dərinin rəngi və vəziyyəti (qurudur, yağlıdır);
tük örtüyünün xarakteri (tüklər seyrək və ya sıxdır, tüklərin kökünün vəziyyəti, parazitlərin olması və s.);
cinsiyyt orqanlarının səthində qabarıqlıq və ya şişkinliklərin olması;
dəri və ya bütün orqanın qızartısı, ödemi.
Daha dəqiq baxış zamanı, həkim böyük cinsiyyət dodaqlarını aralayır və aşağıdakı cinsiyyət üzvlərinin vizual analizini aparır:

klitorun;
kiçik cinsiyyət dodaqlarının;
sidik kanalının xarici dəliyini;
uşaqlıq yolunun (xarici);
qızlıq pərdəsinin (qız uşaqlarında).

Endokrinoloji Müayinə (Acqarına)

Endokrin sistemi daxili vəzləri bir araya toplayan bir sistemdir.

Daxili vəzlər hormon sintezi və ifrazatı yerinə yetirən organlardır. Bu hormonlar reproduksiya,metabolizm, böyümə və inkişaf proseslərini kontrol edir. Hormonlar həm də ətrafa verdiyimiz reaksiyanı kontrol edir və bədənimizin funksiyaları üçün lazımi miqdarda enerji və qida ehtiyatını təmin etməyə köməkçi olurlar. Endokrin sistem hipotalamus, hipofiz, tiroid, paratiroid, pankreas, böyrəküstü vəz, yumurtalıqlar (qadında overlər, kişidə testislər) kimi daxili sekresiya vəzlərindən ibarətdir.

Endokrinoloq kimdir?

Endokrinoloq endokrin sistemin xəstəlikləri ilə məşğul olub, onları təyin edir və müalicə edir. Ümumilikdə qarışıq olan və bədənimizdəki bir çox sistemi əhatə edən xəstəlikləri necə müalicə edəcəklərini bilirlər. Əgər ilk müraciət etdiyiniz həkim, sizdə endokrin problem aşkar edərsə, sizi ilk növbədə endokrinoloqa yönləndirəcək.

Qastroenteroloji Müayinə (Acqarına)

Qastroenterologiya şöbəmizdə həzm sisteminin müxtəlif xəstəliklərinin kompleks müayinə, müalicə və profilaktikası icra olunur. Qida borusu, mədə, onikibarmaq bağırsaq və nazik bağırsağın digər şöbələri, yoğun bağırsaqlar, hepatologiya bölməsini də birləşdirən-qaraciyər, öd kisə və ödçıxarıcı yollar mədəaltı vəzinin müayinəsi, müalicəsi və profilaktikası tətbiq olunur.

Uroloji Müayinə (Toxqarına)

Hansı hallarda uroloqa müraciət etmək mütləqdir?
Sidik ifrazat sistemində hər hansə narahatlıq hissi yarandıqda
Beldə, xayalarda, cinsi orqanda ağrılar hiss etdikdə
Sidik ifrazının pozulması hallarında
Cinsiyyət orqanının xarici görünüşündəki dəyişikliklərdə
Cinsi funksionallığın pozulması və potensialın azalması hallarında
Ümumilikdə 45 yaş üzəri kişilər proflaktik olaraq ildə bir dəfə uroloq müayinəsindən keçməlidir. Klinikamızda müasir laboratoriya, eyniylə ultrasəs müayinə avadanlıqları ilə testlərdən keçərək dəqiq diaqnoz almaq mümkündür.

ENDOUROLOGİYA Tibbin xüsusi bölməsi olan endourologiya sidik sisteminin kəsiksiz müayinə və müalicəsinə imkan yaradır. Digər üsullara nisbətən bu üsul daha artıq uğurlu nəticənin əldə edilməsi üçün idealdır. Bu müalicədən sonra xəstə daha sürətlə normal həyata qayıda bilir.

Pediatrik Müayinə (Acqarına)

Hərkəsin bildiyinə görə, təəsüfki uşaqlar tez-tez xəstələnirlər. Lakin həmişə onlara nəyin zərər verdiyini deyə bilmirlər. Uşaqlar üçün nəzərdə tutulmuş Laborator check-up’larda yer alan Pediatrik panel, həkim tərəfindən diaqnozun daha dəqiq qoyulması və müalicənin düzgün başlaması üçün böyük köməyi olacaqdır. Bundan əlavə, körpənin sağlam olduğundan əmin olmaq üçün adi peyvəndlərdən əvvəl bir çox araşdırma aparılır.

Uşağa hansı testlər və nə vaxt edilməlidir?

• Xəstəliyin ilk əlamətlərində (bu, bədənin hər hansı orqan və sistemlərinə aiddir)
• Körpələr - hər peyvənddən əvvəl
• Bir yaşdan yuxarı uşaqlar - hər il və peyvənddən əvvəl



Pediatrik panelə daxildir:

- Qanın kliniki analizi
- Sidiyin kliniki analizi
- Nəcisin kliniki analizi
- Nəcisin əkilməsi+ AHT
- Vitamin D
- Kalsium
- CRP
- RF
- TSH