Bu gün Kraton Clinic ailəsində xüsusi gündür!
Kollektiv olaraq sevimli direktorumuz Kəmalə Nəhmətova üçün kiçik, amma ürəkdən gələn bir sürpriz hazırladıq.
Siz daim yanımızda olan, hər vəziyyətdə dəstəyini əsirgəməyən, işinə sevgi və böyük fədakarlıqla yanaşan bir rəhbərsiniz. Bu klinikanın inkişafı, uğurları və bu böyük ailənin birlik olması – sizin zəhmətinizin nəticəsidir.
Bu yeni yaşınız sizə bol enerji, sağlamlıq, yeni nailiyyətlər və unudulmaz xoş anlar gətirsin.
Bizimlə olduğunuz üçün minnətdarıq!
Ad gününüz mübarək, Kəmalə xanım!
Uğurlarınız daim, yolunuz həmişə işıqlı olsun!