Dünən Ankarada, Türkiyənin paytaxtında bir Azərbaycan, Qarabağ zəfəri təntənəsi yaşandı.
Belə ki, noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası oldu və beləcə bu tarixi film 4 dəfə Azərbaycanda keçirilən böyük premyerasının ardınca xarici ölkədə nümayiş olundu.
Bildiyiniz kimi, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub.
Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları iştirak etdi.
Yüzlərlə insan - ankaralılar və Ankarada çalışan diplomatik nümayəndələr, xarici təşkilatların nümayəndələri iştirak edirdilər.
Film böyük sevgi və maraqla qarşılandı, mütəxəssislərin, nümayişi izləyən qonaqların müsbət rəyini aldı.
"Kraton clinic" ailəsi olaraq bu filmdə, Vətən, Qarabağ mövzulu işdə az da olsa əməyimiz varsa, nə xoş bizə.
Sağlamlığınız uğur hekayəmizdir.