Dünyaca məşhur doktor, Avropa Estetik Ginekologiya Cəmiyyətinin üzvü Leyla Xəlili 5-10 fevral arası klinikamız tərəfindən ölkəmizə dəvət olunmuşdur. Silsiləvari seminarlar keçirən klinikamızın növbəti planı - estetik ginekologiya üzrə ginekoloqlar üçün seminarın təşkil olunmasıdır.
Seminarın təşkil olunmasında məqsədimiz gənc həkimlərin ölkə xaricinə getmədən estetik ginekologiya üzrə biliklərə yiyələnməsini təmin etməkdir.
Seminar planlamasını və çıxış edəcək həkimləri sizə təqdim edirik.
Sağlamlığınız uğur hekayəmizdir.