Prostat vəzi və spermanın keyfiyyəti haqqında bizə daha ətraflı məlumat verdi.
Prostat vəzi, vəzili – əzələvi orqandır və xüsusi kapsula daxilində yerləşir. Vəzili hissəsi prostat şirəsinin hazırlanmasını, əzələvi hissəsi isə hazırlanmış şirənin eyakulyasiya ( boşalma ) zamanı xayalarda hazırlanan spermatozoid kütləsinə qarışaraq xaricə qovulmasını həyata keçirir.
Spermanın normal olub-olmamasını öyrənmək üçün spermoqramma analizi verilir.
✅Spermatozoidlərin miqdarının normal göstəricisi 1 ml spermada 15 mln. və yə daha çox spermatozoid təşkil edir.
✅Spermatozoidlərin keyfiyyətinin normal göstəricisi patologiyalı spermatozoidlərin onların ümumi miqdarının 85%-dən çox olmamasıdır, yəni sağlam (oval başlı və uzun quyruqlu) spermatozoidlərin miqdarı spermatozoidlərin ümumi sayının mininmum 15%-nə bərabər olmalıdır.
✅Sağlam spermada spermatozoidlərin minimum 32% aktiv hərəkətli olmalıdırlar. Hətta tam sağlam spermada belə hərəkətsiz spermatozoidlər olur və bu normal haldır.
Sağlamlığınızı mütəxəssislərə həvalə edin.