Awesome Image
  • Paylaşıldı: 03 Oktyabr 2023

Depressiya

Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir.[3] Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir.