osmetologiya :
Kosmetologiya — insan orqanizminin estetik problemləri, onların səbəbləri, simptomları və korreksiya metodları ilə məşğul olan bir sahədir. Müasir kosmetologiya müxtəlif sahələri özündə cəmləştirir : dermatologiya, fizioterapiya, bərpa təbabəti, kosmetoloji kimya və s. aid etmək olar.
Kosmetologiyanın 2 növü var : terapiya və cərrahiyə.
Tevapevtik kosmetologiya aid olan metodlar aşağıdakılardır:
Dərinin kosmetoloji maddələrlə təmizlənməsi ,qidalandırılması,nəmləndirilməsi ;
Müxtəlif massajlar ;
Dərialtı İnyeksiyalar (mezoterapiya,botulinoterapiya və s.);
Fizioterapiya (lazer terapiya,foto terapiya,elektrik cərəyanla stimulyasiya);
Cərrahi kosmetologiya —kosmetoloji problemlərin cərrahi metodlarla həlli növüdür.
Kimyəvi pilinq
Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır. Soyulma prosesindən sonra dəri sağalır və yenilənir.
Kimyəvi pilinqin 3 növü var: səthi, orta və dərin
Pilinq prosedurasında aşağıda sadalanan maddələr və ya onların qarışımlarından istifadə olunur: Alfa hidroksi turşuları (meyvə turşuları olaraq da adlandırılan, qlikolik, laktik və s. ), Beta hidroksi turşusu olan salisil turşusu, TCA pilinqi, Fenol pilinqi, Retinoid pilinqi, Jessner pilinqi.
Kimyəvi pilinqin nəticələri əsasən bunlardı: ləkələrin aradan qaldırılması, qırışların yox edilməsi, yara və sızanaq izlərinin itirilməsi, lazer proseduralarının effektivliyinin artması, daha parlaq və gənc dəri, qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.