Awesome Image
  • Paylaşıldı: 03 Dekabr 2023

Kraton Klinikasında fəaliyyət göstərən Dr.Tural Məhərrəmovun kulis.az saytına müsahibəsi

✅ Manual terapevt: “Palma yağı, rəngli sular, jelebom uşaqlarda onurğa əyriliyinə səbəb olur” – Müsahibə

✅ Öncə gəlin görək, manual terapiya nədir? Sadə dillə desək bu, dayaq-hərəkət aparatının hərəkətliliyinin bərpasında mühüm rol oynayan proses haqqında nə bilirik?

✅ Bu barədə ölkəmizdəki tanınmış uzmanlardan olan nevroloq, manual terapevt Tural Məhərrəmovla həmsöhbət oldum.
20 ilə yaxın iş təcrübəsinə malik həkim əsasən, onurğa sütunu, dayaq-hərəkət sistemi və daxili orqanların xəstəliklərinin əl ilə müalicəsi üzrə ixtisaslaşıb.

✅ Həmçinin mərkəzi və periferik sinir sistemi ilə əlaqədar xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur.
Osteoxondroz, əzələ ağrıları, sinir ağrıları, onurğa əyriliyi (skolioz), çanaq əyrilikləri, fəqərəarası disk yırtığı, baş ağrıları, bel, kürək və boyun ağrıları, kontraktura, artroz, valgus ayaq deformasiyası (hallux valgus),
miozit, tendinit, vətər xəstəlikləri, oynaq ağrısı və s. üzrə müalicə aparır.
✅ Ali tibb təhsilini ölkəmizdə aldıqdan sonra Türkiyə və Fransada təkmilləşmədən keçib.

⚪️ Qısa məlumat üçün deyək ki, manual terapiyanın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.